Salyanda marketə bıçaqla basqın olub, xəsarət alan var.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılılıb.
Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.
Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 10.02.2022
Salyanda marketə bıçaqla basqın: Xəsarət alan var
Hazırda oxunan: Salyanda marketə bıçaqla basqın: Xəsarət alan var
Hazırda oxunan: Salyanda marketə bıçaqla basqın: Xəsarət alan var
59457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.