Fevralın 13-də ali təhsil müəssisələrinə sınaq imtahanı keçirəcək

Fevralın 13-də ali təhsil müəssisələrinə sınaq imtahanı keçirəcək

Hazırda oxunan: Fevralın 13-də ali təhsil müəssisələrinə sınaq imtahanı keçirəcək

0:00
0:00
59448

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:


İmtahan üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. DİM imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45 də başa çatacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün sınaq imtahanları keçiriləcək - 2 fənn üzrə


Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO