Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

594255

Bu ilin yanvar ayında Azərbaycan istifadəçilərinin “Facebook” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 11,41 faiz bəndi artaraq, 28,88 faiz təşkil edib.

Bizim.Media bu barədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “İnstagram” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 14,93 faiz bəndi azalaraq, 21,11 faizə bərabər olub.

Siyahıda üçüncü yerdə 22,62 faizlə “YouTube” gəlir (əvvəlki ayla müqayisədə 6,01 faiz bəndi az).

Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 2,21 faiz bəndi artaraq, 10,99 faiz təşkil edib.

“X” media platforması 6,96 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 2,95 faiz bəndi çox).

Reytinqdə altıncı yeri 7,73 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 3,86 faiz çox).

Digər sosial şəbəkələrin payı 1,71 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO