Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

Hazırda oxunan: Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

594246

İmişli Rayon Hərbi Komissarlığında qeydiyyatda olan İbrahim Gülüşov ona Nizami Tibb Mərkəzinin, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ((DTSERA)) bir-birinə zidd rəylər verdiyini iddia edir.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən vətəndaş vurğulayıb ki, daha əvvəl Nizami Tibb Mərkəzinin tibbi rəyi əsasında müddətli həqiqi hərbi xidmətə yararsız və çağırışdan azad olunma qərarı verilib.

O, iddia edib ki, daha sonra DTSERA-da aparılmış müayinə nəticəsində eyni diaqnoz üzrə "hərbi xidmətə yararlıdır" qərarı çıxarılıb.

Onun skoliozdan əziyyət çəkdiyi bildirilir.

Buna qədər üç hərbi həkim yoxlanışından keçən İ.Gülüşov qeyd edib ki, hazırkı verilən qərar anlaşılmazdır və bununla bağlı müvafiq qurumlara şikayət edəcək.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-a açıqlamasında bildirib ki, həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə DTSERA tərəfindən aparılır.

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

"Yekun tibbi müayinəni nazirliyin tabeliyindəki DTSERA hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

Prosedur aşağıdakı qaydada aparılır:

• Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən agentliyin "Vətəndaşların qəbulu" altsisteminə göndəriş (Forma 44) daxil edilir;

• Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir;

• Növbəlilik əsasında çağırışçılar agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir;

• Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış "Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası"na müraciət ərizə ilə müraciət edə bilər", - deyə qurum rəsmisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO