“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

Hazırda oxunan: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

594115

İki gün əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılovun bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildiyi bildirilir.

İddia olunur ki, sabiq icra başçısı vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları ilə bağlı daxil olmuş məlumatlar əsasında sorğu-sual olunub.

Bizim.Media xəbər verir ki, Qafqazinfo.az  məsələ ilə bağlı Süleyman Mikayılovun özü ilə əlaqə saxlayıb.

S.Mikayılov əməkdaşımızla söhbətində iddiaları təkzib edərək “Kim, mən? Heç yerdə dindirilib eləməmişəm. Yalan məlumatdır. Nə prokurorluğa çağırılmışam, nə haradasa ifadə vermişəm”,- deyib.
 

Qeyd edək ki, bir müddət əvvəl prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısının yaxın kadrlarından biri-müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs edilib. Onlar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.


Son məlumatlara görə Süleyman Mikayılovun vəzifədən azad edilməsində də həmin əməliyyat mühüm rol oynayıb. İddia olunur ki, həbs edilən məmurlar ifadələrində qanun pozuntuları ilə bağlı icra başçısının adını çəkiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO