Aslan Süleymanov vəfat etdi – FOTO

Aslan Süleymanov vəfat etdi – FOTO

Hazırda oxunan: Aslan Süleymanov vəfat etdi – FOTO

594065

Əslən Xaçmaz rayonundan olan tanınmış dövlət xadimi Aslan Süleymanov Bakı şəhərində vəfat edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 87 yaşında dünyasını dəyişən Aslan Süleymanov uzun illər dövlət və partiya strukturlarında məsul vəzifələrdə çalışıb.

O, müxtəlif dövrlərdə Neftçala və Qazax rayon partiya komitələrinin birinci katibi, sovet hakimiyyətinin süqutuna yaxın – 1989–1990-cı illərdə isə Xaçmaz rayon partiya komitəsinin birinci katibi olub. Daha sonra Xaçmaz Xalq Deputatları Sovetinin sədri vəzifəsində fəaliyyət göstərib.

Aslan Süleymanovun sonuncu iş yeri “Azərsutikinti” Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsi olub.
 

Mərhum bu gün saat 16:00-da doğulduğu Xaçmaz rayonunun Qaradağ Buduq kənd qəbiristanlığında dəfn ediləcək.


Qeyd edək ki, Xaçmazda tanınmış Süleymanovlar ailəsinin daha bir nümayəndəsi Nadir Süleymanov Yeni Azərbaycan Partiyasının Xaçmaz rayonunda ilk yaradıcılarından biri olub və uzun illər partiyanın rayon təşkilatına rəhbərlik edib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO