Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Anar Əzimov yüksək vəzifəyə TƏYİN EDİLDİ

594011

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Anar Əzimov Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Anar Əzimov 2003-cü ildən etibarən aqrar sektorun inkişafına yönəlmiş beynəlxalq layihələrin idarə olunmasında müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan Hökuməti və Dünya Bankının birgə icra etdiyi "Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nə uğurla rəhbərlik edib.
 

Karyerası ərzində 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən A.Əzimov, 2021-ci ildən 2026-cı ilin yanvar ayınadək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsini icra edib.


O, eyni zamanda hazırda ADA Universitetində "Beynəlxalq maliyyə" fənni üzrə pedaqoji fəaliyyətini davam etdirir. Anar Əzimov Biznesin təşkili və idarə olunması, Aqronomluq və Əczaçılıq sahələri üzrə geniş təhsil bazasına malikdir. O, nüfuzlu Harvard Kennedy Məktəbinin rəhbər kadrlar üçün xüsusi proqramının məzunu, həmçinin Frankfurt Maliyyə və Menecment Məktəbinin aqrar sahənin maliyyələşdirilməsi üzrə sertifikatlı ekspertidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO