Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı? – VİDEO

Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı? – VİDEO

Hazırda oxunan: Cəlilabadda QANDONDURAN CİNAYƏT – Əmi qardaşı uşaqlarını niyə baltaladı? – VİDEO

593997

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. 14 və 15 yaşlı bacı-qardaş əmiləri tərəfindən balta ilə xəsarət alıb.

Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyev yaşadığı evdə qardaşının azyaşlı övladlarına hücum edib.

 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi


Nəticədə 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Qardaşlar eyni həyətdə, eyni ünvanda yaşayıblar.

Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Sabutay Nağı, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO