Deputat: “Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlansın”

Deputat: “Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlansın”

Hazırda oxunan: Deputat: “Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlansın”

593995

Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlanması təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Hikmət Məmmədov (Babaoğlu) parlamentdə çıxış edib.

O bildirib ki, şagirdlərə bu dərsləri tədris etməliyik:
 

“Azərbaycan təhsilində keçirilən dərin islahatlar kontektsində gənclərin sosial şəbəkələrdə etikası, sosial şəbəkələrdə hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalı və yuxarı sinif şagirdlərinə tədris etməliyik.


Bu tədrislə onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss etsinlər. Biz onların enerjilərinin həm milli maraqlar istiqamətinıə səfərbər olmasına xidmət etmiş olarıq, həm də yüksək maarifləndirmə işləri həyata keçirmiş olarıq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO