“Dövlət qurumlarında çox sayda insanlar ixtisar olunurlar. “Bakı Metropoliteni”də, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sahədə ixtisarlar var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Başa düşürəm ki, büdcədə yük ola biləcək müəyyən problemlər var. Amma bu qədər işsizi cəmiyyətə buraxmamalıyıq.
Biz onlara ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən məhdudiyyətlər var. Bunun yolunu tapmalıyıq. 200-dən artıq insan işsiz qalıb və cəmiyyətin bu yükü daşıması dövlətimizi böyük təhlükələrlə üzləşdirə bilər”, - deputat əlavə edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:38 / 02.02.2026
Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan...”
Hazırda oxunan: Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan...”
Hazırda oxunan: Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan...”
593990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































