İsmayıllı rayonunda müşahidə olunan güclü külək bir sıra fəsadlara yol açıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, iri gövdəli ağac qırılaraq yaxınlıqdakı obyektin elektrik xəttinə zərər vurub. Nəticədə ərazinin işıqlandırılması sıradan çıxıb, həmçinin sputnik antenası yararsız vəziyyətə düşüb.
Əldə olunan məlumata görə, güclü küləyə tab gətirməyən ağac bir neçə hissəyə bölünüb. Xoşbəxtlikdən hadisə zamanı obyektin həyətində heç kim olmayıb.
Bununla yanaşı, ərazidə yerləşən bir neçə işıq dirəyi və quraşdırılmış söhbətkeşlər də ziyan görüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib.
Yaranmış fəsadların aradan qaldırılması istiqmətində zəruri işlər həyata keçrilir.




Bizim.Media, Aran bürosu
































































































