Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

Hazırda oxunan: Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

593873

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağsu Rayon Mərkəzi Xəstəxanası yayıb.
 

Qeyd olunub ki, fevralın 1-də, saat 00:20-də dörd nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir", məlumatda deyilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO