Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəranda yaşadığı ünvanda ölü vəziyyətdə aşkarlanıb.
Onun meyiti daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
İlkin məlumata görə, mərhum yuxusuzluqdan əziyyət çəkirmiş və bu səbəbdən dərman qəbul edib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
































































































