Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

































































































