Masazırda bir neçə ev su altında qaldı - FOTO

Masazırda bir neçə ev su altında qaldı - FOTO

Hazırda oxunan: Masazırda bir neçə ev su altında qaldı - FOTO

593824

Son günlər intensiv yağıntılar nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsində "Qır gölü" adlandırılan su hövzəsi daşaraq ətraf yaşayış sahələrinə yayılıb. Hadisə nəticəsində bir neçə ev və təsərrüfat sahəsi su altında qalıb, sakinlərin gündəlik həyatı iflic olub.

Bizim.Media xəbər verir ki, su səviyyəsinin sürətlə qalxması insanların evlərindən çıxmasını çətinləşdirib.

Bəzi sakinlər evlərini tərk etməyə məcbur qaldıqlarını, digərləri isə yardım olmadan ərazidən çıxmağın mümkünsüz olduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, problem təkcə son yağışlarla bağlı deyil. Onlar uzun müddətdir göldə səviyyə tənzimlənməsinin aparılmadığını, drenaj və suötürücü kanalların isə yararsız vəziyyətdə olduğunu deyirlər. Nəticədə hər yağıntı dövründə təhlükə daha da böyüyür.
 

Hazırda ərazidə müvafiq qurumların vəziyyətə müdaxilə edib-etmədiyi ilə bağlı rəsmi açıqlama verilməyib. Sakinlər aidiyyəti dövlət strukturlarından təcili tədbirlər görülməsini, təhlükənin aradan qaldırılmasını və dəyən ziyanın qiymətləndirilməsini tələb edirlər.


Qeyd edək ki, analoji hallar əvvəlki illərdə də müşahidə olunub, lakin problem hələ də köklü şəkildə həllini tapmayıb. (Milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO