Zaqatalada hoteldə yanğın - XƏSARƏT ALAN VAR

Zaqatalada hoteldə yanğın - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Zaqatalada hoteldə yanğın - XƏSARƏT ALAN VAR

593811

Zaqatalada hoteldə yanğın olub. Hadisə gecə saat bir radələrində şəhərdəki "Zaqatala Hotel"in birinci mərtəbəsində fəaliyyət göstərən hamam və sauna otağında baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO