Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media
































































































