Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

Hazırda oxunan: Xankəndidə hazırda nə qədər erməni yaşayır? - SAY AÇIQLANDI

593807

Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır.

Bizim.Media xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir.

Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb:

“Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər”.

Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalıblar. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO