Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Hazırda oxunan: Tovuzda avtomobil işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

593805

Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil ilə "Chevrolet" markalı avtomobil toqquşduqdan sonra "Chevrolet" yoldan çıxaraq işıq dirəyinə çırpılıb. 

Qəza zamanı avtomobildə tüstüləmə baş verdiyinə görə, hadisə yerinə FHN-in yanğın söndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində "Chevrolet"in surücüsü Tovuz rayon sakini, 2007-ci il təvəllüdlü Salman Məmmədov xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Əraziyə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. 

Faktla baglı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO