Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Hazırda oxunan: Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

593758

İsveçli alimlər apardıqları araşdırma nəticəsində kişilərin daha az yaşamasına təsir edən amillərdən birini müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, bu amilin Y-xromosomunun mövcudluğu və ya olmaması olduğu üzə çıxıb.

Alimlərin genişmiqyaslı tədqiqatında təxminən 1600 pensiya yaşlı kişi iştirak edib. Məlum olub ki, Y-xromosomu olmayan kişilər, bu xromosomu olan kişilərlə müqayisədə daha qısa ömür sürürlər.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca orqanizmdəki hüceyrələrin bir hissəsi Y-xromosomunu itirir. Belə hüceyrələrin sayı müəyyən həddi aşdıqda, kişi daha erkən vəfat edir.

Bundan əlavə, Y-xromosomunun olmaması sağalmaz xəstəliklərə tutulma riskinin artması ilə əlaqəlidir.

Beləliklə, alimlər bununla Avropada qadınların kişilərdən təxminən 7,5 il daha uzun
yaşamasının səbəbini müəyyən ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO