Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya A.Balıyev özü məlumat verib.
O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:
“Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. 90-EB-444 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.
A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər: “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər.
Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş verən insidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.
Aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.
Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, 30.01.2026-cı il tarixində 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir, Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 31.01.2026
Xalq artistinin oğlu DÖYÜLDÜ
Hazırda oxunan: Xalq artistinin oğlu DÖYÜLDÜ
Hazırda oxunan: Xalq artistinin oğlu DÖYÜLDÜ
593753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































