Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

Hazırda oxunan: Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

593752

Hamımız soyuqdəymə zamanı xəstəliklə mübarizədə kömək edən təbii vasitələrdən istifadə edirik. Buraya sarımsaq, zəncəfil kökü, bol maye qəbulu və s. saxildir. Lakin xəstəlik zamanı hansı məhsullardan uzaq durmaq lazım olduğunu da bilmək vacibdir.

Bizim.Media xəbər verir ki, həkimlər xüsusilə soyuqdəymə zamanı bəzi məhsulları qida rasionundan çıxarmağı tövsiyə edirlər. Bununla yanaşı, xəstəlik anında immuniteti gücləndirən qidalar qəbul etsəniz, daha tez sağala və xəstəliyin simptomlarının ağırlığını azalda bilərsiniz.

Soyuqdəymə və qrip zamanı zərərli olan məhsulları təqdim edirik:

Spirtli içkilər

Alkoqol immun sistemini zəiflədir və orqanizmdə susuzlaşmaya səbəb olur. Bu iki amil soyuqdəyməni daha da ağırlaşdırır. Xəstələndikdə alkoqoldan imtina edin ki, bədəniniz optimal su balansını saxlasın və immun sisteminiz tam gücü ilə işləsin.

Süd məhsulları

Süd məhsulları az miqdarda qəbul edildikdə məqbul ola bilər, lakin unutmaq olmaz ki, onlar selik ifrazını artırır. Bu isə burun axıntısını gücləndirir və öskürək zamanı bəlğəmin çoxalmasına səbəb olur.

Şirələr

Əgər şirələri sevir və özünüz təzə sıxılmış şirələr hazırlayırsınızsa, için. Amma xəstəlik zamanı adi mağaza şirələrindən uzaq durun. Bu şirələr çoxlu şəkər ehtiva edir və şəkər ağ qan hüceyrələrinin xəstəliklə mübarizə qabiliyyətini azalda bilər.

Qızardılmış yeməklər

Xəstəlik zamanı yağların həddindən artıq qəbulundan çəkinin. Bu xüsusilə emal olunmuş qəlyanaltılara və qızardılmış yeməklərə aiddir. Yağla zəngin qidalar iltihabi prosesləri artırır, iltihab isə immun sisteminin aktivliyini azaldır.

Fastfud və emal olunmuş məhsullar

Fastfud və emal olunmuş məhsulların əksəriyyəti demək olar ki, heç bir qida dəyərinə malik deyil. Onlar immun sistemini gücləndirəcək fayda vermir, əksinə, mədə-bağırsaq sistemini
yükləyir.

Bunların əksinə, soyuqdəymə zamanı çay için, şorba yeyin, zərdəçal, zəncəfil və sarımsaq kimi ədviyyatlardan istifadə edin, bal yeyin. Bununla da sağlamlığınız təbii şəkildə normaya qayıdacaq. Ümumilikdə, güclü immun sisteminə malik olduqda soyuqdəymənin ən ağır simptomları cəmi bir neçə gün davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO