İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

Hazırda oxunan: İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

593717

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təşkil edilən imtahanlarda iştirak üçün xidməthaqqı tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
 

Bildirilib ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.


Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.

Sözügedən tələblər Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.
 

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiqlənib.


Hazırda xidməthaqqılarını yalnız "Azərpoçt" MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO