Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Hazırda oxunan: Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

593702

“Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinir”.

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurum üzvlərinin bu gün keçirilən konfransında deyib.
 

O bildirib ki, əksər hallarda həmin şəxslər fəaliyyət göstərdikləri ünvanlarda "vəkil", "vəkil bürosu", "vəkil xidmətləri" kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə qanunvericiliyə edilən yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub:


"Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda intizam pozuntusuna yol verən vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarların müəyyən olunmasıdır. Həmçinin vəkillərin intizam icraatı proseduruna da yeniliklər edillb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO