Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda restoranda YANĞIN – VİDEO

Hazırda oxunan: Bakıda restoranda YANĞIN – VİDEO

593701

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 440kv.m. olan restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 16kv.m. olan mətbəxin taxta üzlüyü 4kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 6kv.m. sahədə yanıb.

Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO