Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Hazırda oxunan: Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

593638

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda xəstəxanada yatan qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən İsrail Rəsulovun cinayət işi üzrə məhkəmədə hökm elan olunub.

Bizim.Media xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə İsrail Rəsulovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirildiyi üçün onun məcburi müalicəyə
göndərilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə ötən ilin avqustunda Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında baş verib. Xəstəxanada hündürlükdən yıxıldığı üçün müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın palatada öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 28 yaşlı İsrail Rəsulovun ziyarət məqsədilə girdiyi palatada bıçaqla xəsarət yetirərək qardaşı arvadı Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb. İ.Rəsulova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi yekun ittiham elan olunub. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO