Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Hazırda oxunan: Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

593618

Saatlının Məzrəli kəndində orta məktəbin sinif otaqları hələ də odun peçi ilə qızdırılır. Üstəlik, şagirdlər sinif otaqlarını isitmək üçün odun daşımaq məcburiyyətində qalırlar. 

Həmçinin məktəbin otaqları da təmirsizdir, sinif otaqları bircə zəif elektrik lampası ilə işıqlandırılır, partalar köhnə və aşınmış vəziyyətdədir, döşəmənin taxtaları aralanıb. 

Ən qəribəsi isə odur ki, kəndin özünə qaz xətti çəkilib. Amma məktəb qazsız qalıb. 

Necə olur ki, cəmiyyətin gələcəyini formalaşdıran tədris binası ən son növbəyə saxlanılır?

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, cari problemlə bağlı vəziyyət adiyyəti üzrə yönəldiləcək. Nəticəsi barədə yaxın zamanlarda məlumat veriləcək. 
 

Qeyd edək ki, Təhsil Nazirliyinin açıqlamasına görə Azərbaycanda hələ 800 belə təmirsiz məktəb qalıb, bunun yarısı ümumiyyətlə yararsız vəziyyətdədir. Bildirilir ki, məktəblərin təmiri bir il ərzində deyil, müəyyən müddətdə həyata keçiriləcək.


Mövzunu diqqətdə saxlayacağıq...


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO