“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

Hazırda oxunan: “Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

593597

Xəbər verdiyimiz kimi, bu gün YPX əməkdaşları tərəfindən kənar dairəvi yolda Səid adlı 8 yaşlı uşaq tapılıb. O, anasından küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.

Bununla bağlı video yayıldıqdan qısa müddət sonra azyaşlının valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.

Bizim.Media xəbər verir ki, 8 yaşlı Səidin anası Gülçöhrə Hacıyeva “qafqazinfo.az”a açıqlama verib. 

O bildirib ki, onun küsməsinə səbəb küçədə uşaqlarla dalaşması olub: 

“Oğlum uşaqlarla birgə küçədə oynayırdı. Top üstündə dalaşırdılar. Mən də acıqlanıb topu əlindən aldım. Sonra baxdım ki, yoxdur. Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?! 1 saat onu axtarmışam. Yəni ciddi bir şey olmayıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO