Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Hazırda oxunan: Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

593543

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan “Temu”da yerləşdirilib.

Bizim.Media “Ölkə.az”a istinadən xəbər verir ki, məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib.

Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.
 

“Şəkil “Temu”da qarşıma çıxdı. Əvvəl bənzətdiyimi düşündüm, amma rəfiqəmə göndərdim o da təsdiqlədi ki, şəkildəki xanım, aktrisa Nahidə Orucovadır. Bu Çinlilər niyə bizim şəkillə bizi aldadır?”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.


Sözügedən paylaşıma Xalq artisti Faiq Ağayev N.Orucovanın adını işarələyərək şərh yazıb.

“Xəbərin var, gözəlim?”, - deyə o qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO