Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür - FOTO

Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür - FOTO

Hazırda oxunan: Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür - FOTO

593503

Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan Həsənovlar ailəsinin dörd övladı uzun illərdir təhsildən kənarda qalıb.

Bizim.Media xəbər verir ki, ailənin acınacaqlı maddi vəziyyəti onları illər əvvəl Masallı rayonunda fermada işləməyə məcbur edib.

Bu səbəbdən uşaqlar məktəbə həsrət qalıblar.

Hazırda ailənin övladları – 17 yaşlı Yılmaz Həsənov, 14 yaşlı Həsən Həsənov, 11 yaşlı İbrahim Abdullayev və 10 yaşlı Musa Həsənov valideynlərinə kömək edirlər.
 

Ailənin böyük övladları fasilələrlə bir neçə il məktəbə getsələr də, 10 yaşlı Musa heç vaxt parta arxasında əyləşməyib.


Qardaşların heç biri oxuyub-yazma bacarığına yiyələnə bilməyib.

Ailə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. (Mənbə: Teleqraf.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO