Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Hazırda oxunan: Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

593486

Bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində "bakalavr" və "magistr" dərəcələri ləğv ediləcək, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva deyib.

Qoryaçeva qeyd edib ki, "bakalavr-magistr" formulu əvəzinə, ixtisasdan asılı olaraq dörd ildən altı ilə qədər davam edən baza ali təhsil proqramını və bir ildən üç ilə qədər davam edən ixtisaslaşmış ali təhsil proqramını - əsasən, peşəkar, idarəetmə və tədqiqat istiqamətləri olan yenilənmiş magistr proqramını tətbiq ediləcək.
 

Siyasətçi aydınlıq gətirib ki, Bolonya Prosesinin əvəzetmə prosesi 2022-ci ildə başlayıb və keçid proqramı əvvəlcə Rusiyanın altı universitetində sınaqdan keçirilib. Bu təcrübə hazırda digər ali təhsil müəssisələrində də tətbiq olunur.


Deputat həmçinin magistr proqramlarına dövlət tərəfindən maliyyələşdirilən qəbulun qadağan olunduğunu da açıqlayıb. Parlament üzvü bildirib ki, bu məhdudiyyət yeni tədris ilindən etibarən aradan qaldırılacaq.

Qoryaçeva həmçinin aydınlıq gətirib ki, aspirantura təhsili, əvvəlki kimi, ayrıca peşə təhsili səviyyəsi hesab ediləcək.(unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO