Bəzən etdiyiniz və ya etmədiyiniz xırda görünən şeylər həyat enerjinizi sözün əsl mənasında tükədə bilər. Bunlar fiziki yorğunluğa səbəb olur və gün boyu enerjinizin zəifləməsinə gətirib çıxarır.
Bizim.Media daimi yorğunluğa səbəb ola bilən yeddi “gizli” amili təqdim edir:
Kifayət qədər su qəbul etməmək
Hətta yüngül susuzlaşma (mayenin 2% itkisi) belə əhvalınıza və enerjinizə təsir edir. Maye çatışmazlığı qanın qatılaşmasına səbəb olur, nəticədə ürək daha çox yüklənir, qida maddələri isə həyati vacib orqanlara, o cümlədən beyinə daha yavaş və az miqdarda çatır.
Orqanizmdə dəmir çatışmazlığı var
Yorğunluq, əsəbilik, halsızlıq və diqqəti cəmləyə bilməmək dəmir çatışmazlığının ilk əlamətləridir. Səbəb sadədir: dəmir azdırsa, hemoqlobin də azalır, bu da orqan və toxumaların oksigenlə təminatını zəiflədir. Rasionu dəmirlə zəngin məhsullarla (qaraciyər, yumurta sarısı, qoz-fındıq) zənginləşdirin, daha çox hərəkət edin. Əlamətlər keçməzsə, mütləq həkimə müraciət edin və qan analizi verin.
Xırda problemləri böyüdürsünüz (milçəkdən fil düzəldirsiniz)
Bu zərərli psixoloji vərdiş çox enerji aparır. İşdə bir uğursuzluqdan sonra aylarla işdən çıxarılmaq qorxusu ilə yaşayırsınızsa və daim “birdən nəsə olar” deyə düşünürsünüzsə, başqa şeylərə gücünüzün qalmaması təəccüblü deyil. Narahatlıq çox enerji tələb edir, ona görə də ondan qurtulmağın yolunu tapın. Məsələn, meditasiya edin, idmanla məşğul olun, psixoloqla danışın.
Səhər yeməyini yemirsiniz
Səhər yeməyində nə yediyiniz gün boyu maddələr mübadiləsinin aktivliyinə və özünüzü necə hiss edəcəyinizə təsir edir. Ümumiyyətlə səhər qida qəbuluna öyrəşməmisinizsə, yorğunluq qaçılmazdır. Ən yaxşı səhər yeməyi tərəvəzlərlə birlikdə mürəkkəb karbohidratlardır: məsələn, qarabaşaq (və ya qarğıdalı) sıyığı, kinoa və yanında tərəvəz salatı və ya tərəvəz yeməyidir.
“Yox” deməyi bacarmırsınız
Hər kəsin gözündə yaxşı görünməyə çalışan insanlar gec-tez tükənmə və xroniki stresslə üzləşirlər. Görüşə razılaşmazdan, kömək etməzdən və ya kiməsə vaxt ayırmazdan əvvəl özünüzdən soruşun: “Mən bunu həqiqətən istəyirəmmi?” Əgər öz istəklərinizə və şəxsi vaxtınıza hörmət etdiyiniz üçün insanların sizi sevməyəcəyindən qorxursunuzsa, bu qorxu əsassızdır.
İş vaxtından kənar da işləyirsiniz
Elektron poçtu yoxlamaq, zənglər, onlayn görüşlər, sosial şəbəkələr — bunların hamısı enerjinizi aparır. Əgər 24 saat onlaynsınızsa, orqanizminiz keyfiyyətli şəkildə dincələ bilmir.
Yatmazdan əvvəl mobil cihazlara baxırsınız
Əgər yatmazdan əvvəl oxumağa öyrəşmisinizsə, elektron deyil, kağız kitab oxuyun. Çünki ekranın mavi işığı sinir sistemini oyadır. Nəticədə yuxusuzluq yarana və yuxunun keyfiyyəti ciddi şəkildə aşağı düşə bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:47 / 29.01.2026
Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA
Hazırda oxunan: Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA
Hazırda oxunan: Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA
593480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































