Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Hazırda oxunan: Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

593475

Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əməkhaqqının hesablanma qaydasına aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri ARAZ FM-ə müsahibəsində Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib.

“Dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əməkhaqqıdan az olmamaqla orta əməkhaqqının saxlanılmasını nəzərdə tutur.
 

Burada əsas məsələ "sonuncu əməkhaqqı"ya aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əməkhaqqı dedikdə şəxsin tariflər çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən (tarif maaşı, əlavələr və mükafatlar daxil olmaqla-red.) söhbət gedir.


Misal üçün, əgər işçinin rəsmi maaşı 1000 manatdırsa və fevralın 1-dən məzuniyyətə çıxmağı planlaşdırırsa, bu zaman məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanır.

Ödəniləcək vəsait 1000 manatdan az olduğu təqdirdə işəgötürən ona ən azı 1000 manat ödəməyə borcludur", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO