Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

Hazırda oxunan: Bilgəhdə tapılan xaski sahibini AXTARIR - FOTO/VİDEO

593466

Bilgəh qəsəbəsində, “Amburan Mall”un ətrafında xaski cinsinə məxsus it tapılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, xaskinin qulağındakı nömrəli etiket onun ev heyvanı olduğunu müəyyən edir.
 

Bir neçə gündür ki, “Cake Bake” restoranının ətrafında dolaşan itə həm işçilər, həm müştərilər diqqət göstərir, ona qida və su verir. Küçədə yaşaması çətin olan bu cinsin sahibi hələ tapılmayıb.


Ev heyvanı kimi baxıma öyrəşmiş xaskinin sahibsiz qaldıqda həyatı təhlükəyə məruz qala bilər. Buna görə də heyvanın sahiblərinin tez bir zamanda tapılması vacibdir.

Qeyd edək ki, xaski (Siberian Husky) Sibir mənşəli it cinsidir. Orta ölçülü, atletik bədən quruluşuna və qalın tüklərə malikdir. Gözləri mavi, qəhvəyi və ya bəzən fərqli rəngli ola bilər.

Xaraktercə enerjili, ağıllı və oyunsevərdir. Tək qalmağı sevmir, daim diqqət və hərəkət tələb edir. Gündəlik uzun gəzinti və aktivlik onun üçün vacibdir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO