Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə dair birgə maarifləndirici videoçarx hazırlayıb.
Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, videoçarxda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yük avtomobili (KamAZ) sürücüsünün taleyi əks olunur.
Süjet xəttinə əsasən, sürücü yolda quraşdırılmış rəsmi mina xəbərdarlıq nişanlarını görməzdən gələrək təhlükəli zonaya daxil olur. Qayda pozuntusu və arxayınlıq sonda yük maşınının minaya düşərək partlaması ilə nəticələnir. Bu videoçarxın əsas hədəfi azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə cəlb olunan şəxsləri, habelə həmin ərazilərə qayıdan vətəndaşları ayıq-sayıq olmağa çağırmaqdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:04 / 29.01.2026
Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO
Hazırda oxunan: Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO
Hazırda oxunan: Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır - VİDEO
593437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































