Azərbaycanın pərakəndə ticarət sahəsində illərdir lider mövqeyini qoruyan “Kontakt” mağazalar şəbəkəsi beynəlxalq bazarda da iddialı böyüməsini davam etdirir. Hazırda Gürcüstanın müxtəlif regionlarında təmsil olunan şəbəkə bu il fəaliyyət miqyasını ikiqat artıraraq mağaza sayını 12-ə çatdırmağı hədəfləyir.
Yerli brend olan “Kontakt” artıq 5 ildən çoxdur ki, uğurlu təcrübəsini ölkə sərhədlərindən kənarda – Gürcüstanda da tətbiq edir. Şəbəkə bazara daxil olduğu gündən etibarən qısa müddətdə yerli alıcıların etimadını qazanıb və rəqabətli bazarda seçilən oyunçulardan birinə çevrilib.
Artıq Tbilisi, Batumi və Rustavi kimi əsas şəhərlərdə möhkəmlənən “Kontakt” bu il Telavi, Kutaisi və Zugdidi kimi regionlara daxil olmaqla Gürcüstanı dörd bir yandan əhatə etməyə hazırlaşır.
“Kontakt” gürcüstanlı istehlakçılar üçün həm geniş məhsul çeşidi, həm də rahatlıq ünvanı kimi tanınır. Xüsusilə, rahat daxili kredit şərtləri yerli bazarda “Kontakt”ı fərqləndirən əsas üstünlüklərdən biri kimi önə çıxır. Şəbəkə bazarın tələblərinə uyğunlaşmaqla yanaşı, yerli istehlakçı vərdişlərini də diqqətlə analiz edərək fərqli alış təcrübəsi təqdim edib.
Qeyd edək ki, hazırda “Kontakt” Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda 6 mağaza, kontakt.az və kontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:51 / 29.01.2026
“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır
Hazırda oxunan: “Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır
Hazırda oxunan: “Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır
593434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































