Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Rəna Həsənova yüksək vəzifəyə TƏYİN EDİLDİ

593423

Rəna Həsənova Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Rəna Həsənova Bərdə şəhərində anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbdə müəllim kimi başlayıb, daha sonra Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada və müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətini davam etdirib.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2008/2009 və 2013/2014-cü tədris illərində “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

2018-ci ildə Böyük Britaniyanın Lester şəhərində “English Language Teaching Unit” tərəfindən təşkil olunan 14 günlük təlim kursunu uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib.

Təyinata qədər Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO