Distant iş qanuniləşdirildi - Evdən işləyənlərin maaşı necə müəyyənləşəcək?

Distant iş qanuniləşdirildi - Evdən işləyənlərin maaşı necə müəyyənləşəcək?

Hazırda oxunan: Distant iş qanuniləşdirildi - Evdən işləyənlərin maaşı necə müəyyənləşəcək?

593420

Azərbaycanda məsafədən (distant) iş qanuniləşdirildi və bununla əlaqədar Əmək Məcəlləsinə bir sıra mühüm yeniliklər daxil edildi. Yeni dəyişikliklərə görə, “Distant iş” anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilir. Bu, işçinin əmək funksiyalarını müəssisənin və ya iş yerinin hüdudlarından kənarda, məsələn, evdən və ya başqa münasib məkandan texniki kommunikasiya vasitələri ilə yerinə yetirməsini nəzərdə tutur.

Bəs distant işçinin əmək haqqısı necə müəyyənləşir?

Əmək münasibətləri üzrə ekspert Ağamusa Səfiyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, distant işçinin maaşı əmək müqaviləsində göstərilən əmək funksiyası və iş həcminə görə müəyyənləşir.
 

Yəni distant işçi hansı vəzifəni, hansı həcmlə və nə dərəcədə yerinə yetirirsə, bu əsas götürülür. İşin mürəkkəbliyi, məsuliyyət səviyyəsi və ixtisas tələbləri buna təsir edir. Əgər işçinin vəzifəsi, məsuliyyət və iş həcmi dəyişmirsə, sadəcə distant iş rejiminə keçid maaşın avtomatik azaldılması üçün əsas ola bilməz.


Ekspert həmçinin diqqətə çatdırdı ki, işəgötürənin birtərəfli qaydada əmək haqqını azaltması əmək münasibətlərində pozuntu sayılır. Əmək haqqı yalnız tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər və bu dəyişiklik yazılı şəkildə əmək müqaviləsində əks olunmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO