Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

Hazırda oxunan: Müəllimdən hədə-qorxu ilə pul tələb edən blogerə HÖKM OXUNDU

593417

Göyçayda müəllimə hədə-qorxu gələrək vəsaitini ələ keçirməkdə təqsirləndirilən bloger Anar Hüseynov və Almaz Əhmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Hüseynov 5 il 6 ay, Almaz Əhmədova isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Anar Hüseynov bloger fəaliyyəti ilə məşğul olub. Almaz Əhmədova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində kitabxanaçı vəzifəsində çalışıb.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxs də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim olaraq çalışıb. İddiaya görə, Anar Hüseynov və Almaz Əhmədova zərərçəkmişə hədə-qorxu gələrək ondan ümumilikdə 3700 manat pul alıb.

Təqsirləndirlən şəxslər ziyanı tam ödəyib və barışıq əldə olunub.

Təqsirləndirilən Anar Hüseynov Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Almaz Əhmədova 182.2.1 ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci ( Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO