Bakı-Quba yeni avtomobil yolunun tikintisindən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Bakı-Quba yeni avtomobil yolunun tikintisindən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Hazırda oxunan: Bakı-Quba yeni avtomobil yolunun tikintisindən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

59328

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları" yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.

Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi icra olunub.

23.6 km-lik 2-ci hissə üzrə yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılaraq yol yatağı inşa edilib.

Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yeni magistral yolun sözügedən hissəsində nəzərdə tutulan 8 körpü və yol ötürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 39 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. Sözügedən hissədə tərəqqi 58% təşkil edir.

20 km-lik 3-cü hissə üzrə hazırda qazma, dolğu, torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur. Nəzərdə tutulan 4 körpü və yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü borunun inşası davam etdirilir. Hissə üzrə fiziki tərəqqi 50% təşkil edir.

18.6 km-lik 4-cü hissə üzrə hazırda yol yatağının inşası, 45 suötürücü borunun quraşdırılması, həmçinin nəzərdə tutulan 7 körpü və 4 yolaltı keçidin tikintisi işləri icra olunur. Sözügedən hissə üzrə tərəqqi 48% təşkil edir.

Tikinti işləri yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə sonuncu mərhələdə davam etdirilir. Sözügedən hissədə yol yatağı və yol əsasının tikintisi, 32 körpü və yol ötürücüsü, 22 yolaltı keçid və 320 suötürücü borunun inşası artıq yekunlaşıb. Hazırda sözügedən hissədə son tamamlanma işləri icra olunur. Fiziki tərəqqi 98% təşkil edir.

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi işləri də aparılır.
Ümumilikdə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO