Bakıda qısqanc ər arvadına görə dayısı oğlunu küçədə DÖYDÜ

Bakıda qısqanc ər arvadına görə dayısı oğlunu küçədə DÖYDÜ

Hazırda oxunan: Bakıda qısqanc ər arvadına görə dayısı oğlunu küçədə DÖYDÜ

593000

Bakıda qısqanc kişi küçədə dayısı oğlunu döyüb.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa-Zabrat yolunun kənarında qeydə alınıb.

35 yaşlı Firudin Ələkbərli (ad və soyad şərtidir) arvadını dayısı oğluna qısqandığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Firudin dayısı oğlunun sifətinə yumruqla zərbə vuraraq, onu yerə yıxıb. Nəticədə zərərçəkən sifət nahiyəsindən xəsarətlər alıb.

Bu əməlinə görə F. Ələkbərli saxlanılıb və barəsində cinayət işi açılıb.


Hər iki tərəf ifadələrində dəymiş ziyanın ödənildiyini və barışdıqlarını deyərək, məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyiblər.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ələkbərli məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO