Bu gün Elton Məmmədovun MƏHKƏMƏSİDİR 

Bu gün Elton Məmmədovun MƏHKƏMƏSİDİR 

Hazırda oxunan: Bu gün Elton Məmmədovun MƏHKƏMƏSİDİR 

59284

Bu gün sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılacaq.  

Bizim.Media-nın xəbərinə görə, məhkəmə iclası Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək. 

Xüsusi ittiham qaydasında şikayət verən AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev Elton Məmmədovla bağlı məhkəməyə əlavə ərizə təqdim edib. O bildirib ki, məhkəməyə şikayət verdikdən sonra Elton Məmmədov "YouTube" kanallarından birində çıxış edərək onu yenidən təhqir edib. 

Sözügedən ittihamla bağlı ilk məhkəmə prosesi fevralın 2-nə təyin olunmuşdu. Elton Məmmədov məhkəməyə məktub göndərərək, üzrlü səbəbdən prosesdə itirak etməmişdi.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi Kamal Əliyev Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib. 
Xatırladaq ki, Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO