Avropada ən sirli dillərdən biri kimi tanınan bask dilinin İberiya dili ilə dərin tarixi əlaqələri olduğu məlumdur. Belə ki, İberiya (Hiberia) termini iki əsas coğrafi məkanı ifadə edir: biri Pireney yarımadası (İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq, Fransa), digəri isə Qafqaz İberiyası (indiki mərkəzi Gürcüstan və şimal-şərqi Türkiyə ərazisindəki qədim krallıq).
Adətən, "İberiya" dedikdə, Avropanın cənub-qərbində yerləşən Pireney yarımadası nəzərdə tutulur, lakin Qafqazda mövcud olmuş eyni adlı qədim dövləti ayırmaq üçün "Qafqaz İberiyası" da deyilir.
Bizim.Media xəbər verir ki, Bask və İberiya dilləri arasında əlaqə ideyası hələ 16-cı əsrdə müzakirə olunurdu. Vilhelm fon Humboldt da daxil olmaqla tarixçilər və dilçilər bunu yer adlarına və tarixi dəlillərə əsaslandırırdılar.
Amma indi alimlər belə qərara gəliblər ki, bask dili qəbul olunduğu kimi Piriney İberiyasına deyil, Qafqaz İberiyasına aid imiş, həm də türk qoluna.
Barselona Universitetinin professoru Eduardo Orduna Aznarın yeni bir araşdırması – terminlərin öyrənilməsindən əsas dəlillər ortaya çıxdı. Məsələn, ata Bask dilində aitadır. Abe (anadolu türkcəsində “ağabəy” qısa “abe”) "oğul" və ya "qardaş" sözlərini ifadə edir. Bu elementlər İberiya yazılarında fərqli bir alt qrup təşkil edir və ortaq semantik sistemi təsdiqləyir.
Bu oxşarlıq qrammatika və feillərdə də özünü göstərir: necə ki türk dilləri qrupunda “in” cəmi göstərir – “al-alın”, “ver-verin” və s. Qafqaz İberiya dilində də “en” şəkilçisi var, eynilə bask dilindəki çoxluğu göstərir. Məsələn, türklərdə “edin” basklarda “egen” kimi səslənir.
Buna baxmayaraq Orduna, İberiya dilinin yalnız qismən öyrənildiyini və bəzi uyğunluqların mübahisəli olaraq qaldığını vurğulayır.
Şəfiqə Şəfa, Bizim.Media





























































































