Ötən ay azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?

Ötən ay azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?

Hazırda oxunan: Ötən ay azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?

591730

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 113 mənzil alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) dekabr ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.

Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 5-ci yerə yüksəlib.

Dekabr ayında ölkədə xarici vətəndaşlara 2541 ev satılıb. Bu satışlar illik müqayisədə 5,1 faiz artıb. Xarici vətəndaşlara ev satışının ümumi ev satışlarında payı isə 1 faiz olaraq hesablanıb.

Ötən il Türkiyədən ən çox ev alan Rusiya vətəndaşları olub. Belə ki, 2025-ci ildə Rusiya vətəndaşları 3649 daşınmaz əmlak əməliyyatı həyata keçiriblər ki, bunlardan 504-ü dekabr ayında baş verib.

Ümumillikdə ötən il Türkiyədə mənzil satışları 14,3% artaraq 1.688.910-a çatıb. Bu dövrdə ən çox ev satılan əyalətə 280.262 mənzillə İstanbul başçılıq edir. (İqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO