Daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutlar üzrə müsabiqələrin qalibləri SEÇİLDİ

Daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutlar üzrə müsabiqələrin qalibləri SEÇİLDİ

Hazırda oxunan: Daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutlar üzrə müsabiqələrin qalibləri SEÇİLDİ

591610

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 

Bildirilib ki, Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir oğlu, Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid Həsən oğlu, Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman Əli oğlu, Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə isə fiziki şəxs Əlixanov Ceyhun Fakir oğlu qalib elan olunublar.


Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO