Binəqədidə avtomobil və motosiklet qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda bir nəfər VAZ-21011 markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:39 / 18.01.2026
Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər TUTULDU
Hazırda oxunan: Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər TUTULDU
Hazırda oxunan: Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər TUTULDU
591406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































