Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

Hazırda oxunan: Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

591253

Əllərin və ayaqların tez-tez soyuq olması bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal xüsusilə qan dövranı və maddələr mübadiləsi ilə bağlı xəstəliklər zamanı müşahidə olunur.
 

Həkimlərin sözlərinə görə, qan azlığı (anemiya) əllər və ayaqlarda soyuqluq hissinin ən yayğın səbəblərindən biridir. Qanda hemoglobinin azalması toxumalara oksigen daşınmasını zəiflədir və nəticədə soyuqluq yaranır.


Qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotireoz) də bədənin istilik istehsalını azaldaraq əllərin və ayaqların daim donmasına səbəb ola bilər. Bu zaman halsızlıq, çəki artımı və dəri quruluğu da müşahidə olunur.

Mütəxəssislər həmçinin qan dövranı pozğunluqları, xüsusilə damarların daralması ilə xarakterizə olunan Raynaud sindromu zamanı əllər və ayaqlarda kəskin soyuqluq və rəng dəyişikliklərinin yarandığını bildirirlər.
 

Bundan əlavə, şəkərli diabet, aşağı arterial təzyiq, B12 vitamini çatışmazlığı, eləcə də sinir sistemi xəstəlikləri bu problemin yaranmasına səbəb ola bilər.


Həkimlər xəbərdarlıq edirlər ki, əllər və ayaqlarda davamlı soyuqluq hissi uzun müddət davam edərsə və digər əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.(Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO