Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var – VİDEO

Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var – VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var – VİDEO

590733

Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alanlar var.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, müxtəlif markalı beş avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.


Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO