Ağsuda işlədiyi obyektdən oğurluq edən usta saxlanılıb.
Bizum.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Dilman kəndində tikinti işləri gedən obyektdən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Tərlan Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun həmin obyektdə bir müddət əvvəl usta kimi çalışdığı məlum olub.
Bizim.Media, Aran bürosu

































































































