Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Lerikdə 18, Salyan və Neftçalada isə 20 m/s-yə çatır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:52 / 13.01.2026
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
590618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































